“Monako”nun Mbappe qorxusu: 35 milyon avro zərər

05:20 21-02-2021 358

Fransalı futbolçu Kilian Mbappenin PSJ-dəki gələcəyi ilə bağlı qeyri-müəyyənlik “Monako” klubunu qorxuya salıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Belə ki, indiyə qədər PSJ klubu “Monako”ya Mbappenin transferi üçün 145 milyon avro ödəyib və daha 35 milyon avro ödəməlidir.

Mbappenin PSJ ilə müqaviləsi 2022-ci ildə başa çatacaq. Əgər hücumçu klubu ilə yeni müqavilə imzalasa və ya başqa bir kluba satılsa, bu zaman “parislilər” “Monako”ya 35 milyon avronu ödəməli olacaq.

Lakin Mbappe müqaviləsi başa çatdıqdan sonra PSJ-dən ayrılarsa, bu zaman “Monako” həmin məbləği itirəcək.