Zaqatalada avtomobil üç piyadanı vurub

19:40 21-02-2021 344

Zaqatalada üç piyadanı minik avtomobili vurub.

APA-nın məlumatına görə, hadisə Zaqatala-Qax avtomobil yolunda baş verib. 

Şəki rayon sakini, 1997-ci il təvəlldlü Murad Vüqar oğlu İsayev, Zaqatala rayonu Yeni Suvagil kənd sakinləri 2001-ci il təvəllüdlü Turan Murad oğlu Musayev və 1996-cı il təvəllüdlü Nail Kənan oğlu Eyvazov minik avtomobili tərəfindən vurulub.

Qəza zamanı xəsarət alan  piyadalar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Piyadaların vəziyyətlərinin orta-ağır olduğu və müalicələrinin xəstəxanada davam etdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.