“Azərişıq”dan Bakıda gənci cərəyan vurması ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

22:00 21-02-2021 363

“Azərişıq” ASC paytaxtın Xəzər rayonunda gənci elektrik cərəyanı vurması ilə bağlı hadisəyə münasibət bildirib.

Qurumdan HerGun.Az-ın sorğusuna cavab olaraq bildiriblər ki, sözügedən ünvandakı transformator “Azərişıq” ASC-nin balansına daxil deyil.

20:40

Bakı şəhərinin Xəzər rayonunda elektrik yarımstansiyasının ərazisindəkı transformatorda cərəyan vurması nəticəsində 2005-ci il təvəllüdlü Muradov İsmayıl Misirxan oğlu vəfat edib. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. 

Təhlükəsiz əməliyyat şəraiti təmin olunduqdan sonra xilasedicilər İ.Muradovun meyitini elektrik naqillərindən ayırıb transformatordan aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər.