Buffon “Yuventus”la müqavilə uzadıb rekord qırmaq istəyir

18:00 22-02-2021 351

“Yuventus” komandanın qapıçısı Canluici Buffonla müqaviləni uzatmağı planlaşdırır.

Bu barədə jurnalist Nikolo Skira “Twitter” hesabında yazıb.

Mənbənin sözlərinə görə, klub artıq yeni müqavilə üçün 43 yaşlı futbolçu ilə danışıqlar aparır. Buffon gələn mövsümün sonuna qədər komandada qalmaq və Marko Ballottanın rekordunu qırmaq istəyir. Belə ki, Marko Ballotta sonuncu dəfə 2008-ci ildə İtaliya çempionatında 44 yaş 38 günündə meydana çıxıb.