“Boeing” 777 seriyalı təyyarələrin uçuşlarını təxirə salmağı tövsiyə edib

23:40 22-02-2021 380

“Boeing” şirkəti Kolorado səmasında yaşanan hadisədən sonra “Pratt & Whitney PW 4000” mühərrikləri ilə təchiz edilmiş 777 seriyalı təyyarələrin uçuşlarını təxirə salmağı tövsiyə edib.

Məlumat verdiyimiz kimi, fevralın 20-də Denverdən Honoluluya uçan “United Airlines” hava yollarına məxsus təyyarə uçuşdan yarım saat sonra təcili eniş edib. Belə ki, təyyarənin mühərriki qəfildən alışaraq yanıb, onun metal hissələri isə yaşayış sahələrinə düşüb. Hadisə nəticəsində tələfat olmayıb.

Məhz bundan sonra ABŞ Federal Aviasiya İdarəsi (FAA) xüsusi yoxlama başladıb.