Məşhur müğənni hamiləliyi və yeni imici ilə gündəmə gəldi - FOTO/VİDEO

02:00 23-02-2021 477

Tanınmış amerikalı aktrisa, müğənni və iş qadını Hilari Daff xarici görünüşünü köklü şəkildə dəyişdirməyə qərar verib.

“Korrespondent” nəşrinin məlumatına görə, məşhurun yenilənmiş imici ilə foto və video görüntüləri “Instagram”da yerləşdirilib.

Tezliklə ana olacaq ulduz saçlarını mavi rəngə boyayıb.

Paylaşımın altında aktrisa dəyişikliyə ehtiyac duyduğunu və yeni saç rənginin hələ doğulmamış körpəsinin cinsi ilə heç bir əlaqəsi olmadığını açıqlayıb.

“And içirəm ki, bu mənim oğlan övladım olacağına dəlalət etmir. Anam elə düşünür ki, bu şəkildə uşağın cinsiyyəti barədə məlumat verməyə çalışıram. Halbuki, mənzilimin kimin tərəfindən zəbt edildiyini hələ də bilmirik. Amma tezliklə o, evdən çıxarılma barədə xəbərdarlıq alacaq”, - deyə Hilari qeyd edib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Hilary Duff (@hilaryduff)