Məktəblilər qarın altından tunel qazdılar – VİDEO

03:40 23-02-2021 493

Rusiyanın Norilsk şəhərində bir qrup şagird məktəbə gedən yolu qısaltmaq məqsədilə qar yığınının altından tunel qazıb.

Qaraltı keçidin görüntüləri  “360tv Telegram” kanalında yayımlanıb.

Videonun müəllifi qeyd edir ki, qar yığınları səbəbindən məktəbə getmək xeyli vaxt alırdı. Uşaqlar uzun-uzadı qar yığınının ətrafında dövr etməyə məcbur qalırdılar. Yeni keçid isə onların işini xeyli asanlaşdırıb və vaxt itkisinin qarşısını alıb.