139 yaşlı evi küçə ilə yeni ünvana daşıdılar - VİDEO

08:20 23-02-2021 373

ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində 139 yaşlı binanın sahibi onu yeni ünvana köçürmək qərarına gəlib.

Bu barədə “Hoodline” nəşri məlumat yayıb.

1882-ci ildə inşa edilmiş böyük yaşıl bina nəhəng zəncirin və yük daşıyıcının köməyi ilə altı kvartalarası küçə ilə aparılıb.

İnsanlar bu qeyri-adi mənzərəyə tamaşa etmək üçün əraziyə toplaşıb.

Sahibkar Tim Braun icazə üçün 15 şəhər agentliyi ilə danışıqlar aparıb, 400 min dollar ödəməli olub.

Planı həyata keçirmək üçün küçələrdəki ağaclar mişarlanıb, yol nişanları və park yerləri dəyişdirilib.

Belə hadisə San-Fransiskoda sonuncu dəfə 50 il əvvəl baş verib.

Köçürülən evin yerində səkkiz mərtəbəli, 48 mənzilli bina tikilməsi planlaşdırılır.