“Kontakt Home”un 5 mağazası yeni formatda: Açılışa özəl 50%-dək endirimlər - FOTO

11:00 23-02-2021 30

Ölkənin lider riteyl şəbəkələrindən olan “Kontakt Home” - “20 yanvar”, “Gənclik”, “28 may Smart”, “Neftçilər Smart” və “Sumqayıt Smart” mağazalarını tam yenilənmiş loft formatında müştərilərin istifadəsinə verib. Sevindirən şəbəkə mağazaların yenilənməsi münasibətilə 23 fevral – 4 mart tarixlərində hər növ məhsula nağd alışda 50%-dək endirim, həmçinin kreditlə almaq istəyənlər üçün 24 ayadək FAİZSİZ və İLKİN ÖDƏNİŞSİZ kredit şərtləri elan edir.

AXTARDIĞINIZ HƏR ŞEY BİR ÜNVANDA:

İş, dərs, ev, əyləncə və istirahət üçün axtardığınız məhsulların çox geniş çeşidini eyni məkanda – “Kontakt Home” mağazalarında tapa bilərsiniz.

Loft üslubunda dizayn olunmuş mağazalarda müştərilərin həm rahat alış-verişi, həm də əyləncəsi üçün hər şey düşünülüb. Mağazalarda müxtəlif brend zonaları, “Playstation” - Oyun zonası məhz bunun üçün hazırlanıb. Gözləmə zallarında əyləşən müştərilər həmçinin divanlara quraşdırılmış xüsusi USB çıxışlar vasitəsilə mobil cihazlarının enerjisini doldura bilər.

“Kontakt Smart” konseptli “Sumqayıt”, “Neftçilər” və “28 may” mağazalarında rəqəmsal texnikanın,

“Kontakt Home” konseptli “20 yanvar” və “Gənclik” mağazalarında isə rəqəmsalla yanaşı, hər növ kiçik və böyük məişət texnikasının, mebel və tekstilin geniş çeşidləri təqdim olunub.

Müştərilərin rahatlığı üçün mağazaların yeri də ən uyğun ünvanlarda seçilib:

- “20 yanvar” mağazası Moskva pr., 52, 125B (“20 Yanvar” m/st yaxınlığında);

- “Gənclik” mağazası Fətəli Xan Xoyski k., 86 (5 №-li xəstəxana ilə üzbəüz);

- “28 may” mağazası isə Füzuli k., 47-55 (“28 may” m/st yaxınlığında;

- “Neftçilər Smart” mağazası Qara Qarayev pr., 62);

- “Sumqayıt Smart” mağazası Sumqayıt şəhəri, Sülh küç. (Ticarət cərgəsi) ünvanında yerləşir. 

AÇILIŞA ÖZƏL 50%-DƏK ENDİRİMLƏR, ÇOX SƏRFƏLİ KREDİT ŞƏRTLƏRİ

Məhz adları qeyd olunan mağazaların müştərilərini bu gündən etibarən:

• Nağd alışda hər növ məhsula 50%-dək endirimlər;

• Kreditlə alışda isə smartfonlara 12 ay faizsiz; bütün TV və məişət texnikasına 18 ay faizsiz; bütün mebellərə isə 24 ay faizsiz, ilkin ödənişsiz təkliflər gözləyir. Fürsətləri qaçırmamaq üçün martın 4-dək “20 yanvar”, “Gənclik”, “28 may Smart” “Neftçilər Smart” və “Sumqayıt Smart”, mağazalarına gəlin.

Açılış münasibətilə nağd alışda:

- 81 sm-lik Smart LG Televizorunu 600 deyil, cəmi 499 manata;

- 109 sm-lik Hoffmann Smart TV-sini 800 deyil, 599 manata;

- Buxarlı Hoffmann ütüsünü 60 deyil, cəmi 19 manata əldə edə biləcəksiniz. 

Taksit kart sahibləri endirimli qiyməti 18 ayadək faizsiz hissələrə də bölə bilər. 

Kreditlə alanlar üçün: 

- Samsung galaxy A10s smartfonu ayda cəmi 23 manat 33 qəpiyə;

- Xiaomi Redmi 9T smartfonu ayda cəmi 39 manat 20 qəpiyə;

- Lenovo notbuku ayda cəmi 65 manat 90 qəpiyə olacaq.

“Kontakt Home” mağazalarında satılan bütün məhsullar 3 ilədək rəsmi istehsalçı zəmanəti ilə təqdim olunur.

Xatırladaq ki, “Kontakt Home” “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distribyuteri, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Realme”, “Sony”, “Panasonic”, “BQ”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H  Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distrübyuteri, “Apple” brendinin rəsmi satış mərkəzidir.

Sizə ən yaxın “Kontakt Home” mağazasını buradan tapa bilərsiniz. Bütün kampaniya, müsabiqə və endirimlərdən xəbərdar olmaq üçün Kontakt Home-u instagram-da izləyin, yaxud *6060 Çağrı Mərkəzinə zəng edərək sizi maraqlandıran suallara cavab alın.