Baş Prokurorluq və Dövlət Vergi Xidməti elmi-tədqiqat sahəsində əməkdaşlıq edəcək - FOTO

18:20 23-02-2021 21

Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. 

Bu barədə Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə yaydığı məlumatda qeyd olunub. 

Baş prokurorunun müavini Elmar Camalovun Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov arasında görüşdə prokurorluq orqanlarında nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə tədrisin təşkili işinin daha da təkmilləşdirilməsi və müasir dövrün tələbləri baxımından qurulması üçün ardıcıl tədbirlər həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Tərəflər tədris, elmi-tədqiqat fəaliyyəti və digər müvafiq sahələrdə əməkdaşlıq, kadrların ixtisas və peşə hazırlığı səviyyələrinin yüksəldilməsi, zəruri ixtisaslar üzrə nəzəri bilik və praktik bacarıqlarının inkişafı üçün təlimlərin təşkil edilməsi, birgə elmi-tədqiqatların aparılması, innovativ layihələrin həyata keçirilməsi, fəaliyyət sahələrinə uyğun ayrı-ayrı məsələlər üzrə elmi-metodiki köməkliyin göstərilməsi və digər məsələlər üzrə əməkdaşlığa dair razılığa gəliblər.