“Atalanta”nın 21 yaşlı futbolçusu vəfat etdi – FOTO

23:00 23-02-2021 434

İtaliyanın “Atalanta” futbol klubunun gənclərdən ibarət kollektivinin üzvü Villi Brasiano Ta Bi vəfat edib.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, 21 yaşlı yarımmüdafəçi qaraciyər xərçəngindən dünyasını dəyişib.

Məlumatda bildirilib ki, oyunçu xeyli müddət xəstəliklə mübarizə aparıb. Ömrünün son aylarını isə vətəni Fil Dişi Sahilində keçirib.

Klubun “Twitter” səhifəsində futbolçunun ailəsi və yaxınlarına baş sağlığı verilib.  

Qeyd edək ki, Ta Bi “Atalanta”nın heyətində 19 yaşadək futbolçular arasında İtaliya çempionu olub.