Sindi Krouford uşaqlıq şəklini paylaşdı - FOTO

06:40 24-02-2021 444

Tanınmış supermodel Sindi Krouford doğum günü şərəfinə arxiv fotoşəkilini paylaşıb.

“Korresponsent” nəşrinin məlumatına görə, amerikalı top model 55 yaşını qeyd edib.

Bu münasibətlə o, uşaqlıq illərində necə göründüyünü xatırlamaq qərarına gəlib. 

Məşhurun “Instagram”dakı paylaşımı onun izləyicilərini valeh edib. Fotoda balaca Sindi ad günü tortunun yanında oturaraq gülümsəyir. 

"Bütün ad günlərimə görə təşəkkür edirəm. Ailəmə və dostlara çox minnətdaram. Bilirəm ki, hər il, hər gün bir hədiyyədir", - deyə Krouford şəklin altında qeyd edib.