Pakistanda polislər roliklərlə xidmət aparacaqlar - VİDEO

09:00 24-02-2021 349

Pakistanda 20 nəfərdən ibarət xüsusi polis dəstəsi yaradılıb.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, roliklərlə təmin olunan hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxt Kəraçinin dar və insanların çox olduğu küçələrində oğurluq, təcavüz və digər cinayət hadisələri ilə mübarizə aparacaqlar.