Məsut Özilə bıçaqla hücum edənlərin cəzası bəlli oldu – VİDEO

01:00 02-04-2021 494

Məsut Özil və həmin zaman komanda yoldaşı olmuş Sead Kolaşinatsa bıçaqla hücum edən şəxslər barəsində məhkəmənin hökmü məlum olub.

“Haber Global”ın məlumatına görə, cinayətkarlar, məcmu şəkildə 100 ildən yuxarı həbs cəzasına məhkum ediliblər.  

Xatırladaq ki, hadisə 2019-cu ilin iyul ayında Londonda baş verib. İngiltərənin “Arsenal” futbol klubunda çıxış etdiyi dövrdə Məsut Özil və komanda yoldaşı Sead Kolaşinats bıçaqlı şəxslərin hücumuna məruz qalıblar.