Qadın sadə ritualla bir ilə 38 kq arıqladı - FOTO

08:20 02-04-2021 26

Britaniyalı Şina Vader selfinin köməyi ilə bir il üç ayda 38 kiloqram arıqlayıb.

Bu barədə Daily Mail xəbər verir.

London sakini olan 38 yaşlı qadın çox sadə bir ritualla çəki itirdiyini iddia edir: O, hər bazar ertəsi bədəninin şəklini çəkdi. Beləliklə, qadın arıqlama nəticələrini izlədi və dayanmamaq üçün motivasiya qaldı.

“Çəkimin dəyişmədiyi və hətta artdığı həftələr oldu, amma şəkillər çəkidə kiçik bir artımın görünüşümə təsir etmədiyini görməyə kömək edirdi. Arıqlama prosesinin lazımi sürətlə getdiyini izləyə bilirdim”, - deyə qadın vurğulayıb.

Qadın ilk olaraq həddindən artıq yemək və doyunca yemək vərdişindən qurtuldu. Koronavirus səbəbiylə ölkədə tətbiq olunan karantin dövründə pəhrizini dəyişdirdi və tək başına sağlam yemək bişirməyə başladı. O, vaxtaşırı idmanla mə.ğul olur, mütəmadi olaraq selfi çəkdi və nəticədə 63 kiloqrama qədər arıqladı.

“38 kiloqram arıqladım və istədiyim çəkini qazandım. Mən fotoların məqsədimə çatmağımda kömək etdiyinə yüz faiz əminəm, buna görə də selfi çəkməyə davam edəcəyəm. Bu oyunun gedişatını dəyişdirir”, - deyə qadın bildirib.