Hadisə ailə həyatı qurmağa hazırlaşır - FOTO

11:40 02-04-2021 478

Türkiyəli pop ulduz Hadisə ailə quracaq.

“Hürriyet” xəbər verir ki, bunu müğənninin sevgilisi Kaan Yıldırımın anası Seyhan Yıldırım bildirib.

O, İstanbulun Beykoz rayonunda oğluna məxsus evdə qalan kirayənişinə zəng edərək bağladıqları müqaviləni yeniləməyəcəklərini qeyd edib.

“Oğlum evlənir, evə o köçəcək”, - deyə aktyorun anası kirayənişinə deyib.

Qeyd edək ki, Hadisə və Kaan Yıldırım yayda evlənəcəkləri barədə xəbər fevral ayında yayılmışdı.