Bakıda “Azərsu” əməkdaşı iş yerində intihar etdi - YENİLƏNİB + VİDEO

15:40 02-04-2021 366

“Azərsu” ASC-nin iş yerində intihar edən əməkdaşı Elxan Quliyev dəfn edilib.

Baku TV E.Quliyevin yaşadığı ünvanda olub və hadisənin səbəblərini öyrənməyə çalışıb. 

Ətraflı süjeti təqdim edirik:

12.24

Bakıda, “Azərsu” ASC-nin əməkdaşı intihar edib.

HerGun.Az-ın məlumatına görə, qurum əməkdaşı, 1987-ci il təvəllüdlü Elxan Quliyev çalışdığı Səbail rayonu ərazisində yerləşən Su Kanal İdarəsində intihar edib.

Onun Su Kanal İdarəsində maşinist işlədiyi bildirilir. İntiharın hansı səbəbdən baş verdiyi bilinmir.

Faktı HerGun.Az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı təsdiq edib:

"Onun iki azyaşlı övladı var. E.Quliyev nizam-intizamlı işçi olub".

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Könül Cəfərli