Erməni cüdoçu Azərbaycan idmançısı ilə görüşə çıxmadı - FOTO

18:20 02-04-2021 423

Azərbaycan cüdoçusu Murad Fətiyev Türkiyənin Antalya şəhərindəki “Böyük Dəbilqə”də bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

HerGun.Az xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan Murad Fətiyev Polşa və İsraildən olan rəqiblərini məğlub etsə də, 1/4 finalda Vedat Albayraka (Türkiyə) məğlub olub.

O, təsəlliverici yarışda Rusiyanı təmsil edən erməni cüdoçusu David Karapetyanla görüşməli olsa da, rəqib tatamiyə çıxmayıb. Nəticədə qələbə idmançımıza verilib.

Murad üçüncü yer uğrunda İtaliya təmsilçisi Antonio Espozito ilə qarşılaşacaq.

Eyni çəkidəki Zelim Tskayev 1/8 finalda Məhəmməd Abdelal (Misir) ilə bacarmayıb. Qadınların yarışında 70 kq-da Günel Həsənli ilk görüşündə İspaniyadan olan rəqibinə uduzaraq medalsız qalıb.