“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin təqdimatı keçirilib

23:00 02-04-2021 380

Bu gün Avropa İttifaqı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi birgə təqdimat keçirib.

Bu barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyası məlumat yayıb. 

Bildirilib ki, “Mübahisələrin alternativ həlli və əhaliyə hüquqi yardım göstərilməsi ilə bağlı layihəsi” çərçivəsində hazırlanmış “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin hakimlər, vəkillər, ədliyyə təmsilçiləri, hüquq alimləri və könüllü hüquqşünas tələbələr üçün təqdimatı keçirilib.