Abşeronda avtomobil 31 yaşlı piyadanı vurdu

23:40 02-04-2021 371

Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Abşeron rayon uərazisində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Şəbzalıyev Şahin Fəxrəddin oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardı briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. Ona sol bazu oynağının əziyi diaqnozu qoyulub.