Hələ dünyaya gəlməmiş körpə iki nəfərin ölümünə səbəb oldu – VİDEO

02:00 03-04-2021 435

Meksikada hələ dünyaya gəlməmiş körpənin cinsinin elan olunması mərasimində faciə baş verib.

“The Washington Post” nəşrinin məlumatına görə, hadisə Kankun bölgəsində baş verib.

Mərasimin təşkilatçıları tərəfindən kirayələnən kiçiktutumlu təyyarə suya düşüb. İnsident nəticəsində pilot və onun köməkçisi həlak olub.

Qeyd edək ki, təyyarə mərasim iştirakçılarının başı üzərindən uçaraq, çərhayı rəngdə toz buraxmaqla dünyaya gələcək körpənin qız olacağını xəbər verib. Lakin bundan dərhal sonra o, məlum olmayan səbəbdən suya düşüb.