“Real” Mbappe və Holanda görə on futbolçusunu satmağa hazırlaşır

02:20 03-04-2021 417

Madrid “Real”ı PSJ-nin hücumçusu Kilian Mbappe və ya Dortmund “Borussiya”sının forvardı Erlinq Holandı almaq üçün on futbolçusunu satışa çıxarmağa hazırlaşır.

Bu barədə “The Times” nəşri məlumat yayıb.

Satışa çıxarılan futbolçular arasında hazırda icarədə olan Qaret Beyl, Martin Edeqor, Daniel Sebalyos və Luka Yoviçin adları hallanır.

Digər altı klub üzvünün kimliyi isə açıqlanmayıb.