Keyt Uinsletin baş rolunu oynadığı kriminal serialın treyleri yayımlandı – VİDEO

04:00 03-04-2021 32

Baş rolda “Oskar” mükafatçısı Keyt Uinsletin oynadığı “Mare of Easttown” mini-serialının treyleri yayımlanıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Süjetə əsasən Pensilvaniyada (ABŞ) kiçik qəsəbədən Meyr Şihan (Uinslet) adlı bir detektiv doğma yurdunda baş verən qətl hadisəsini araşdırır. Paralel olaraq, əsas xarakterin şəxsi həyatında da bir sıra problemlər mövcuddur.

Yeddi epizoddan ibarət serialın müəllifi Bred İnqelsbi (“American Woman ”, “The Way Back ”), rejissoru isə Kreyq Zobeldir (“Compliance”, “The Hunt”).

Keyt Uinsletlə yanaşı baş rolda Culianna Nikolson, Cin Smart, Enqauri Rays, Evan Piters və başqaları yer alıb.

“Mare of Easttown” serialının premyerası aprelin 18-i HBO-da yayımlanacaq.