Dünyada koronavirusdan sağalanların sayı 105 milyonu keçdi - STATİSTİKA

09:20 03-04-2021 336

Dünyada 130 820 485 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə HerGun.Az-ın qeyd olunur.

Virusdan 2 850 523 xəstə ölüb, 105 307 385 nəfər sağalıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (31 314 625 nəfər), Braziliya (12 912 379 nəfər), Hindistan (12 392 260 nəfər), Fransa (4 741 759 nəfər) və Rusiyadır (4 563 056 nəfər).

Türkiyədə 3 400 296, İranda 1 908 974, Gürcüstanda 282 789, Ermənistanda isə 194 852 nəfərdə koronavirus müəyyən edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (99 633 nəfər), İranda (62 876 nəfər) və Türkiyədə (31 892 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 266 322 nəfərin 3 617-si ölüb, 239 807 xəstə sağalıb.