Gəncədə icbari tibbi sığortaya start verilib - VİDEO

01:00 04-04-2021 370

Paytaxt və digər regionlarla yanaşı, Gəncə və ətraf bölgələrdə yaşayan şəxslər də icbari tibbi sığortanın 2500-dən artıq tibbi xidmətlər zərfindən tam şəkildə istifadə edə biləcək.  Qaydalara gəlincə, daimi qeydiyyata düşən şəxslər göndəriş vaistəsilə digər şəhərlərdə tibbi xidmətdən yararlana biləcək. İcbari tibbi sığrotaya bəzi özəl xəstəxanalar da daxildir 

Rəsmi statistikaya əsasən, təkcə Gəncə şəhərində icbari tibbi sığorta üçün 30-dan artıq tibb müəssisəsi daxildir. Xüsusən iri xəstəxanalar ən müasir tələblərə çatdırılıb. Tibb müəssisələrinin siyahısına ailə sağlamlıq mərkəzləri də var.

Beləliklə, Gəncə və ətraf ərazilərdə yaşayan hər bir kəs müayinə və müalicə olunmaq məqsədilə dövlətin  balansında olan tibb müəssisələrində qeydiyyatdan keçməklə tam şəkildə tibbi xidmətlərdən istifadə edə biləcək.Tibbi sığorta ilə bağlı çıxılacaq vəsaitə gəlincə, artıq yanvar ayından etibarən rəsmi iş yerləri olan şəxslərdən sığorta haqlarının tutulması prosesi başlanılıb.  İşləməyən və azyaşlılardan isə heç bir vəsait tələb olunmur.

Burada diqqət çəkən məqamlardan biri də tutulacaq vəsaitin miqdarıdır.

Diqqətinizə çatdıraq ki, yeni qaydalara görə qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən, eləcə də işçilərdən aylıq hesablanan ödənişi əməyin ödəniş fondunun 8 min manata qədər hissəsindən 1%, sözügedən rəqəmdən yuxarı olan hissəsindən isə 0.5 % icbari tibbi sığorta haqqı çıxılacaq. Dövlət və neft sektorunda çalışan istər işəgötrən və ya işçilərdən isə əməyin aylıq hesablanan əməyin ödəniş fondunun 8 min manatadək olan əmək haqqının 2%, daha yuxarı əmək haqqı alan şəxslərdən isə 0.5 fazi miqdarında vəsait çıxılacaq.