Göydələni fəth edən alpinist xoşagəlməz sürprizlə üzləşdi - VİDEO

02:40 04-04-2021 515

Alpinist ekstremal Corc Kinq Avropanın ən hündür göydələnlərindən biri olan “Melia Barcelona Sky”ı (İspaniya) fəth edib. O heç bir təhlükəsizlik tədbirləri görmədən 116 metrlik hotelə dırmaşıb.

Bu barədə “The Jerusalem Post” xəbər yayıb.

Bildirilir ki, öz “qoçaqlığını” tamaşaçıların gözü qarşısında nümayiş edən gənc binadan düşəndən sonra xoşagədlməz sürprizlə üzləşib. Belə ki, onu digərləri ilə yanaşı polislər də gözləyib.

Gəncin sözlərinə görə, “göydən yerə düşdükdən sonra” hüquq mühafizəçiləri onu saxlayıb, idarəyə aparıb və cərimə yazıblar.