Süveyşdə növbə gözləyən bütün gəmilər kanaldan keçdi

05:00 04-04-2021 366

“Ever Given” konteyner gəmisinin saya oturması ilə əlaqədar Süveyş kanalında növbə gözləmək məcburiyyətində qalan bütün gəmilərin kanaldan keçidi tam təmin olunub.

“El Balad” agentliyi xəbər verir ki, bu barədə Süveyş Kanal İdarəsinin rəhbəri Usame Rabi məlumat yayıb.

O bildirib ki, kanalın bağlı qaldığı altı gündə Süveyşin şimal və cənub sahillərində ümumilikdə 422 gəmi növbə gözləyirdi.

Xatırladaq ki, martın 23-də Panama bayrağı altında Çindən Rotterdama gedən və göyərtəsində 20 min konteyner olan “Ever Given” gəmisi Süveyş kanalında qum fırtınası zamanı kursu itirib və saya oturub.

Nəticədə kanalda hərəkət tamamilə bloklanıb.