Döyüşçü meydan oxudu: “11 iyulda Makqreqorun kim olduğunu görəcəksiz” – FOTO

06:40 04-04-2021 424

Keçmiş UFC çempionu, irlandiyalı Konor Makqreqor amerikalı Dastin Porye ilə baş tutacaq döyüşün anonsunu verib.

K. Makqreqor bu barədə öz “Instagram” hesabında paylaşım edib.

“Döyüş təyin edildi. 11 iyulda Makqreqorun kim olduğunu görəcəksiz” - irlandiyalı paylaşımına şərh olaraq yazıb.

Qeyd edək ki, iki idmançının ilk döyüşü 2014-cü ildə baş tutub. O zaman qələbəni irlandiyalı qeyd etmişdi.

2021-ci ilin yanvar ayında keçirilən döyüşdə isə Dastin Porye qalib gəlib.