ABŞ-da satışa çıxarılan “Super Mario” oyunu üçün rekord qiymət - FOTO

10:20 04-04-2021 390

Bir zamanların məşhur oyun cihazı olan “Dendy” üçün hazırlanmış oyun kartrici ABŞ-da rekord qiymətə satılıb.

Orijinal bağlamasında olan “Super Mario” oyunu auksionda 660 min dollar qarşılığında yeni sahibinə təqdim edilib.

1986-cı ildə Milan hədiyyəsi olaraq alınan oyun masada unudulub və açılmayıbmış.

2021-ci ildə təsadüfən tapılan və auksionda satışa çıxarılan oyun kartrici üçün ödənilən 660 min dollar bu vaxta qədər dünya üzrə video oyunlar üçün ödənilmiş ən yüksək məbləğdir.