İndoneziyada torpaq sürüşmələri və daşqınlar zamanı onlarla insan həlak olub

12:00 04-04-2021 24

İndoneziyanın Şərqi Nusa-Tenqara əyalətində torpaq sürüşmələri və daşqınlar nəticəsində azı iyirmi insan həlak olub, daha doqquz nəfər xəsarət alıb.

Bu barədə ölkənin Təbii Fəlakətlərin nəticələri üzrə Milli İdarəsinə istinadən “Sinxua” agentliyi məlumat yayıb.

Zərərçəkənlər xəstəxanalara çatdırılıb. Agentliyin məlumatına görə, fəlakət nəticəsində onlarla ev dağıdılıb.