Azərbaycanda koronavirusa yoluxmuş ukraynalı jurnalist müalicə prosesindən ağızdolusu danışdı - VİDEO

13:00 04-04-2021 431

Ukraynanın “5-ci kanalı” telekanalının aparıcısı Evgenya Kitayban Azərbaycanda səfərdə olarkən koronavirusa yoluxub.

Jurnalist Azərbaycanda müalicə alıb.

Daha sonra o, bununla bağlı “5-ci kanal”ın efirində məlumat verib.

Müalicə prosesindən, danışarkən Kitayban maraqlı bir xatirəsini də bölüşüb:

“Xəstəxanaya qəbul olunarkən məndən soruşdular ki, pulum varmı? Sözün açığı, buna təəccübləndim. Sonra isə izah etdilər ki, əgər üzərimdə pul varsa, onu xüsusi saxlanc yerinə verim. Bu minvalla korrupsiya hallarından sığortalanmaq olar”.

Ətraflı süjetdə izləyə bilərsiniz: