Türkiyəli aparıcıdan bir ilk: Gülüşünü satdı – VİDEO

16:00 04-04-2021 595

Şən qəhqəhələri ilə diqqət çəkən tanınmış türkiyəli aparıcı Saba Tümər yeni texnologiyaların köməyilə bir ilkə imza atıb.

“Haber Global”ın məlumatına görə, məşhur telesima öz qəhqəhəsini satıb.

Satış blokçeyn texnologiyasına əsaslanan NFT protokolu vasitəsilə həyata keçirilib.

Aparıcı bu barədə sosial şəbəkələrdə məlumat paylaşaraq, qəhqəhəsini neçəyə satdığını və alıcının adını açıqlayıb.

O bildirib ki, gülüşünü 90 min türk lirəsi (təxminən 19 min azn) qarşılığında yəhudi mənşəli türk iş adamı İzzət Pinto alıb.

Xanım aparıcı satışdan əldə olunan vəsaitin xeyriyyə məqsədləri ilə xərclənəcəyini və bu barədə əlavə məlumat verəcəyini də qeyd edib.