Katolik və protestantlar Pasxa bayramını qeyd edirlər – FOTO

16:20 04-04-2021 351

Bu gün katolik və protestant xristianlar İsa Məsihin dirilişinə həsr olunmuş Pasxa bayramını qeyd edirlər.

Bayram münasibətilə gecə saatlarında Vatikandakı Müqəddəs Pyotr kilsəsində Roma papası Fransiskin başçılığı ilə dini ayin icra olunub. Səhərədək davam edən ayin zamanı Papa İsa Məsihin zülməti işıqlandırmasını simvolizə edən şamı yandırıb.

Pandemiya səbəbindən artıq iki ildir ki, tədbir məhdud formatda keçirilir. Belə ki, kilsənin mərasim zalına cəmi 200 nəfər tibbi maskalı şəxs buraxılıb.

Bayram Qüds şəhərində, Məsihin çarmıxa çəkildiyi yerdə inşa edilmiş məbəddə də qeyd olunub.