Çelik koronavirus müalicəsindən danışdı – FOTO

16:40 04-04-2021 587

Türkiyənin tanınmış pop ifaçılarından olan Çelik koronavirus xəstəliyini necə keçirdiyini pərəstişkarları ilə bölüşüb.

“Haber Global”ın məlumatına görə, məşhur müğənni bu haqda “Instagram” hesabında yazıb.

Çelik ilk növbədə müalicəsinin uğurla bitdiyini və karantin müddətinin başa çatdığını qeyd edib.

O bildirib ki, ağciyər tomoqrafiyasından sonra COVID-ə yoluxduğu aşkarlanıb və 15 gün xəstəxanada yatmalı olub.