İtkin düşmüş Salyan sakini Bakıda tapıldı

17:40 04-04-2021 370

İtkin düşmüş Salyan sakini, 1966-cı il təvvəlüdlü Xudaverdiyev Əbülfəz Qabil oğlu tapılıb.

“Report” xəbər verir ki, bu barədə onun bacısı Ədibə Xudaverdiyeva bildirib.

Onun verdiyi məlumata görə, qardaşı Xətai Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq bu gün ailəsinə təhvil verilib.

Qeyd edək ki, Ə.Xudaverdiyev aprelin 1-də Bakıya gedərək geri qayıtmamışdı.

Ə.Xudaverdiyev fiziki məhdudiyyətli, ikinci qrup əlildir.