Bolqarıstanda parlament seçkilərində hakim partiya qalib gəlir

22:00 04-04-2021 347

Bolqarıstandakı parlament seçkilərində hakim “Bolqarıstanın Avropa Yolu ilə İnkişafı Uğrunda Vətəndaş Hərəkatı” partiyasının irəlidə olduğu açıqlanıb.

Bu barədə ölkənin ictimai televiziyası ekzit-pol nəticələrinə əsasən məlumat yayıb.

Bildirilib ki, Baş nazir Boyko Borisovun lideri olduğu partiya səslərin 25%-ni əldə edib.

Qeyd edək ki, səsvermədə 22 partiya və 6985 namizəd iştirak edib.

Xatırladaq ki, Bolqarıstanda son parlament seçkiləri 2017-ci ilin martın 26-da keçirilib. O zaman səslərin 33%-ni hakim partiya qazanıb. Sosialist partiyası isə ikinci olub.