Əfqanıstanda partlayış nəticəsində üç nəfər ölüb, 12 yaralanıb

01:40 05-04-2021 387

Əfqanıstanın paytaxtı Kabildə yenidən partlayış səsləri eşidilib.

“Haber Global”ın məlumatına görə, partlayıcı yerləşdirilmiş avtomobilin hərbi maşına çırpılması nəticəsində üç hərbçi həlak olub, 12 nəfər isə yaralanıb.

Terror aktına görə məsuliyyəti, hələ ki heç bir təşkilat üzərinə götürməyib.