Myanmada etirazlar zamanı ölənlərin sayı 564 nəfərə çatıb

07:00 05-04-2021 32

Myanmada hərbi çevrilişdən sonra baş verən etiraz aksiyaları zamanı ölənlərin ümumi sayı açıqlanıb.

TASS xəbər verir ki, fevralın 1-dən bugünədək ölkədəki nümayişlərdə 564 nəfər həlak olub.

Siyasi dustaqlara yardım assosiasiyasından verilən məlumata əsasən, hazırda etirazçılardan 2667 nəfəri təcridxanalarda saxlanılır, 38 nəfər isə həbs olunub.

Bununla yanaşı, 425 nümayişçinin həbsinə göstəriş verilib.