Dövlət qurumlarının bir-birindən xəbərsiz fəaliyyəti: Bağçalar işləyir, yoxsa yox?

10:20 05-04-2021 387

Aprelin 5-də Bakıda fəaliyyət göstərən uşaq bağçaları bağlanıb.

HerGun.Az-ın məlumatına görə, bağçalardan valideynlərə bildiriblər ki, bu gündən etibarən işləmirlər.

Paytaxtda fəaliyyət göstərən bağçalar Bakı Şəhər İcra Hakimiyyətinin balansında olduğundan bir neçə gün əvvəl Təhsil naziri Emin Əmrullayevin bağçaların bağlanmaması barədə açıqlama verməsi əhali arasında müzakirəyə səbəb olub.

Qeyd edək ki, Təhsil Nazirliyi mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi barədə qərar verib.

Belə ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur.

Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.