Goranboyda gizli toy mərasimi keçirmək istəyən şəxslər cərimələnib - FOTO

21:20 05-04-2021 369

Goranboy Rayon Polis Şöbəsinə rayonun Abbasqulular kəndi ərazisindəki fərdi yaşayış evlərinin birində toy mərasimi keçirilməsi barədə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 5 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə edilib.