Parkda oynayan uşaq güllələndi - FOTO

00:00 06-04-2021 339

Rusiyanın Leninqrad vilayətində uşaq meydançasında oynayan məktəbli güllələnib. Boğazından yaralanan 10 yaşlı uşaq xəstəxanaya yerləşdirilib.

Bu barədə “Podyom” xəbər yayıb.

Məlumata görə, həkimlər uşağın boynundan gülləyə oxşar yad cisim çıxarıblar. Uşaq gəzinti zamanı boğazından qəfil ağrı hiss etdiyini deyib.

Hadisə ilə bağlı cinayət işi açılıb. Hazırda atəş açan şəxsin kimliyi müəyyənləşdirilir.

Uşaq üçün həyati təhlükənin olmadığı bildirilir.