Hokkey matçında hakimin üst çənəsi və yeddi dişi qırıldı – VİDEO

00:40 06-04-2021 23

Hokkey üzrə Finlandiya çempionatının növbəti oyunu hakim Yukka-Pekka Koystinen üçün heç də yaxşı başa çatmayıb.

“Vesti” portalının məlumatına görə, matç zamanı qapıya zərbə ilə vurulan şayba sıçrayaraq hakimin üzünə dəyib.

Bir müddət huşunu itirərək yerdə uzanan Koystinen xəstəxanaya çatdırılıb. İlkin müayinələrdən sonra hakimin üst çənəsinin və yeddi dişinin sındığı müəyyən edilib.  

Qeyd edək ki, insident matçın ikinci hissəsinin 19-cu dəqiqəsində baş verib.