Venesuelanın hərbi təlim təyyarələri Kolumbiya sərhədində

01:20 06-04-2021 346

Venesuelanın hərbi təlim təyyarələri “K-8” Kolumbiya ilə sərhəddə görünüb.

Mk.ru xəbər verir ki, təyyarələr FARC (Kolumbiya İnqilabi Silahlı Qüvvələri — Xalq Ordusu) üsyançılarına qarşı əməliyyat çərçivəsində hərəkətə keçib.

Venesuela ordusu FARC milisinə qarşı davam edən əməliyyat zamanı Kolumbiya ilə sərhədə böyük qüvvələr yerləşdirib.

Hətta təhlükəsizlik qüvvələrinin zirehli personal daşıyıcısının mina tərəfindən partladılması, nəticədə iki hərbçinin öldüyü, bir neçəsinin yaralanması hadisəsi də baş verib.

Yerli sakinlərin dediklərinə görə, Venesuela təyyarələri bəzən qonşu ölkənin hava sahəsinə daxil olur.