Robert Koçaryan: “Ermənistanın müharibə zamanı bir dənə də uğurlu əməliyyatı olmayıb”

13:40 06-04-2021 615

“44 gün ərzində insanları aldatdılar ki, “biz qalib gəlirik”.

Bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan Vladimir Poznerin suallarını cavablandırarkən deyib.

Poznerin üçtərəfli bəyanatla bağlı sualına cavab verən R.Koçaryan Nikol Paşinyanın başqa çıxış yolu olmadığını qeyd edib.

“Ancaq məsələ başqadır. Müharibə 44 gün davam etdi. Müharibənin ilk günündən hərbi vəziyyət elan edildi. 44 gün ərzində insanları aldatdılar ki, “biz qalib gəlirik”. Şok məhz bundan yarandı. Hər kəsi aldatdılar ki, biz qalib gəlirik, az qala irəli gedirik. Mən nə baş verdiyini bilirdim. Məsələdən xəbərdar şəxslər nə baş verdiyini bilirdi. Buna görə də imzalanan bəyanat Ermənistanda bir çoxları üçün şok oldu. “Hücum edirik”, “irəli gedirik” deyirlər, ancaq sən demə müharibə zamanı bir dənə də uğurlu əməliyyatımız olmayıb”, - deyə R.Koçaryan bildirib.