Bakı Sağlamlıq Mərkəzi COVID-19 əleyhinə vaksinlərin tədqiqatı üçün könüllüləri dəvət edir

14:00 06-04-2021 328

Azərbaycanın ən böyük tibb mərkəzlərindən biri olan Bakı Sağlamlıq Mərkəzi könüllüləri COVID-19 koronavirus infeksiyasının profilaktikası üçün - Rusiyanın “Sputnik V” və İngiltərə-İsveç birgə istehsalı olan “R-COVİ” vaksinlərin kombinə edilmiş tətbiqinin klinik tədqiqatında iştirak etməyə dəvət edir.

Azərbaycandakı tədqiqatlar 2020-ci ilin dekabr ayında “R-Pharm” Şirkətlər Qrupu, “AstraZeneca” şirkəti, N.F.Qamaleya adına ETİ və Rusiya Birbaşa İnvestisiyalar Fondu (RBİF) tərəfindən imzalanan əməkdaşlıq memorandumu çərçivəsində aparılır.

Klinik tədqiqatlar tədqiqatlarının planlaşdırılması və aparılması üzrə beynəlxalq etik və elmi GCP (Good Clinical Practice - Müvafiq Klinik Təcrübə) standartına müvafiq olaraq və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş klinik tədqiqat protokoluna əsasən həyata keçirilir.

Sınaqlarda yaşı 18-dən yuxarı bütün vətəndaşlar iştirak edə biləcəklər. Tədqiqata başlamazdan əvvəl bütün potensial iştirakçılar lazımi müayinədən keçiriləcəklər. Pasiyentlər istənilən mərhələdə tədqiqat proqramından çıxmaq hüququna malikdirlər. Sınaqlarla bağlı risklər sığortalanacaq.

Həm tədqiqatın özü, həm də iştirak qaydaları haqqında daha ətraflı məlumatı aşağıdakı nömrəyə zəng edərək əldə edə bilərsiniz:

+99451 201 70 89 (9:00 – 17:00)