Azərbaycan vətəndaşı Almaniyadan ekstradisiya edildi

22:20 07-04-2021 428

Bu gün xarici dövlətlərdə qeyri-qanuni fəaliyyətlə məşğul olaraq, müxtəlif şəxslər üçün qanunsuz yollarla siyasi sığınacaq əldə etmək məqsədilə həmin ölkələrin dövlət qurumlarını aldatmaqla rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən Azərbaycan vətəndaşının Almaniyadan ekstradisiyası təmin edilib və o, ölkəmizə gətirilib.

Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən il beynəlxalq axtarışda olan adam oğurluğu, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən şəxslərin Almaniya, Bosniya və Herseqovina, Türkiyə, Əlcəzair və s. dövlətlərdən ölkəmizə ekstradisiyasına nail olunub.

Ümumilikdə ötən beş il ərzində 200 nəfərdən çox cinayətkar şəxsin Azərbaycana ekstradisiyası təmin olunub.