Berluskoni xüsusi təyyarə ilə xəstəxanaya çatdırıldı

00:00 08-04-2021 336

İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni növbəti dəfə xəstəxanaya yerləşdirilib.

Bu barədə “La Repubblica” nəşri məlumat yayıb.

Qeyd olunur ki, 84 yaşlı siyasətçi “San Raffaele” xəstəxanasına müayinəyə gətirilib. Onu müayinə edən həkimlər S.Berluskoninin tibb müəssisəsində qalmağını zəruri biliblər.

Eks-baş nazir sözügedən xəstəxanaya helikopterlə gətirilib.

Xatırladaq ki, 84 yaşlı siyasətçi bir neçə il əvvəl ağır ürək əməliyyatı keçirib.