Madriddə iğtişaşlar: 14 nəfər xəsarət alıb – VİDEO

00:20 08-04-2021 369

Madriddə ifrat sağçı VOX partiyasının mitinqi zamanı polislə etirazçılar arasında toqquşma baş verib.

“RİA Novosti”nin məlumatına görə, iğtişaşlarda ultrasağçıların əleyhidarları olan solçular da iştirak ediblər.  

Partiyanın təşkil etdiyi mitinqin Madrid şəhər şurasına seçkilər kampaniyasının başlaması ilə əlaqədar olduğu bildirilir.

Qeyd edək ki, sözügedən seçkilər mayın 4-də keçiriləcək.