Avstriyada vaksinasiyadan sonra ölənlərin sayı 63-ə çatdı

15:00 08-04-2021 351

Avstriyada koronavirusa qarşı peyvənd olunan daha səkkiz nəfər ölüb.

Bu barədə TASS məlumat yayıb.

Ölkədə vaksinasiyadan ölənlərin sayı ümumilikdə 63 nəfərə çatıb.  

Ən maraqlısı isə odur ki, ölüm hallarının əksəriyyəti (57) “BioNTech”-“Pfizer” preparatından istifadədən sonra qeydə alınıb.

Yalnız üç halda artıq bütün dünyada istifadəsi suallar yaradan “AstraZeneca” peyvəndi vurulub.