Azərbaycanlı alim vəfat etdi – FOTO

18:40 08-04-2021 374

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun şöbə müdiri Fərid Ələkbərli vəfat edib. 

Bu barədə APA-ya Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli bildirib. 

O, F. Ələkbərlinin uzun müddət xəstə olduğunu, dünən gecə vəfat etdiyini deyib. 
Qeyd edək ki, F. Ələkbərli bir neçə il əvvəl Vatikanın məxfi arxivlərində Azərbaycanın orta əsr tarixinə aid çox qiymətli məlumatları tapmışdı. 

O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərovun oğludur.